"Baş verən hadisə dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da media durumunun, demokratiya səviyyəsinin hansı vəziyyətdə olduğunu açıq-aşkar ortaya qoydu". Bu fikirləri SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalistin naməlum şəxs tərəfindən güllələnməsinə münasibətini bildirərkən deyib.
Fərid Şahbazlı bildirib ki, yaşanan hadisədən sonra ABŞ-ın müxtəlif ölkələrə təzyiq etmək məqsədi ilə istifadə etdiyi "demokratiya keşikçisi" maskası tamamilə yırtıldı: "Bundan sonra ABŞ başqa ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilə edərək, insan hüquqları, media azadlıqları müdafiəçisi görüntüsü yaratmaqdansa, öz ölkəsindəki ciddi probemləri həll etsə daha yaxşı olar".
Birlik sədrinin sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları qurumlarının ABŞ-da baş verən bu hadisəyə biganə qalması onların əsl mahiyyətini növbəti dəfə ortaya qoydu: "Azərbaycanda baş verən hər hansı xırda hadisədən siyasi şou təşkil edən və bundan ölkəmizə qarşı istifadə etməyə çalışan məlum beynəlxalq dairələrin bu hadisə ilə bağlı susması həmin qüvvələrin hər zaman dövlətimizə qarşı qərəzli və məqsədli bir kampaniya apardığının növbəti təzahürüdür".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB