YAP Lənkəran rayon şöbəsində seçkilərə hazırlıqla bağlı treninq keçirilib
Yeni Azərbaycan Partiyası Lənkəran rayon seçki qərargahında fəaliyyət göstərəcək qərargah üzvləri üçün treninq keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının Lənkəran rayon şöbəsinin sədri İlqar Dadaşov açaraq görülən işlər haqqında məlumat verərək bildirib ki, Parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki qərargahının 19 nəfərdən ibarət rayon şöbəsi yaradılıb və texniki təchizat işi tam başa çatdırılıb.

Parlament seçkiləri ilə əlaqədar səlahiyyətli nümayəndələrin siyahısı hazırlanaraq Mərkəzi Seçki Qərargahına göndərilib.
Ərazinin sosial – iqtisadi problemlərinin və əhalinin xüsusiyyətlərinin öyrənilməsi işi başa çatdırılıb, seçki məntəqələri ərazisində yaşayan seçicilərin siyahısının yenilənməsi işi davam etdirilir.
Təlimata uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən 4 Dairə və 116 məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin və dairə seçki məntəqələrində iştirak edəcək müşahidəçilərin forma üzrə siyahısının hazırlanması işi başa çatdırılıb.
Qərərgah üzvləri arasında vəzifə bölgüsü aparılıb,13 nəfərdən ibarət təbliğat və 6 nəfərdən ibarət təşviqat qrupu, imza vərəqələrinin yoxlamaq məqsədilə hər dairə üzrə 1 nəfər olmaqla 4 qərargah üzvündən ibarət qrup yaradılıb. İmza toplayacaq fəallar müəyyənləşdirilib, imza toplayacq fəallarla treninqlər keçirilib, təlimati göstərişlər verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB