Bu ilin noyabrında Milli Məclisə keçiriləcək növbəti seçkilərə hazırlıqla əlaqədar təşkil olunan maarifləndirici kurslarda mütəxəssislər tərəfindən seçki günü icra olunacaq müxtəlif prosedurlar ətraflı izah edilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Göyçayda keçirilən məşğələdə çıxış edən 88 saylı Göyçay Seçki Dairəsi dairə seçki komissiyasının sədri Eldəniz Həmidov iştirakçılara Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili, polis və KİV nümayəndələrinin işləri ilə barədə məlumat verib.
Şəhər polis şöbəsinin rəisi müavini Rəhim Nəcəfov isə "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında daxili işlər orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzusunda çıxış edib.
Bununla yanaşı seminarda KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə danışıblar. Kursda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB