AXCP-dən növbəti kütləvi istefalar başladı FAKT!

AXCP-dən növbəti kütləvi istefalar başladı FAKT!

Cəbhəçilərin AXCP-ni kütləvi şəkildə tərk etməsi prosesi davam etməkdədir. SİA-nın əməkdaşının əldə etdiyi informasiyaya görə, daha beş nəfər AXCP-ni tərk edərək Razi Nurullayevin tərəfinə keçib.

Partiyanı tərk edən Muradov Samir, Mirvəlişov Seymur, Məmmədov Füzuli, Əzizov Vusal, Hacıyev Samir bəyanat yayaraq bildiriblər ki, Əli Kərimlinin partiya daxilində yaratdığı anti-demokratik mühitə etiraz olaraq alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulurlar:

"Biz aşağıdakı imza edən Hövsan cəbhəçiləri bəyan edirik ki, Əli Kərimlinin rəhbərlik etdiyi dövrdə partiya daxilindəki anti-demokratik mühitə, maliyyə şəffafsızlığına, saxtakarlıqlara, bir qrup şəxsin partiya daxilində fironluğuna etiraz olaraq Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduğumuzu elan edirik. Bundan sonrakı fəaliyyətimizi orada davam etdirəcəyik".

Muradov Samir

Mirvəlişov Seymur

Məmmədov Füzuli

Əzizov Vusal

Hacıyev Samir

Bütün xəbərlər Facebook səhifəmizdə