Ermənistanla yanaşı İran da Azərbaycanı güclü görmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.
O, Urmiya gölünün Sevan gölü vasitəsilə bərpa edilməsi iddialarına öz münasibətini bildirib: "Mən düşünürəm ki, İran tərəfinin bu məsələyə qarşı ciddi iradəsi yoxdur. Çünki beynəlxalq təşkilatlar bu məsələ üçün böyük vəsait ayırmışdılar. Hətta Beynəlxalq Parlamentdə məsələ ilə bağlı müzakirələr aparılmışdı. Və ilkin tədbirlərin görülməsi haqqında layihə qəbul edilmişdi. Bu zaman Urmiya gölünə Araz çayı vasitəsilə kanal çəkmək məsələsi də gündəmə gəlmişdi. Təəssüf ki, bu məsələni onlar siyasiləşdirirlər. Söhbət əslində Azərbaycan istəkləri və maraqları üzərində oynamaqdan gedir. Ermənistan artıq gələcəkdə ərazilərlə bağlı nəticənin onların xeyrinə olmayacağını anlayır. Bu məsələdə İran və Ermənistan ortaq davranış nümayiş etdirir. Bütün strateji məsələlərdə hər ikisi də ortaq davranır. Amma bütövlükdə bu layihənin texniki cəhətdən həyata keçməyəcəyinə əminəm. Bu məsələ tamamilə siyasi məna daşıyır".
Fərəc Quliyev məsələnin həddən artıq siyasiləşdirilməsi ilə səbəblərə də toxunub: "Məsələnin bu qədər çox siyasiləşdirilməsi Azərbaycana qarşı olan münasibətlə bağlıdır. Hamıya məlumdur ki, Ermənistan Azərbaycana mütəmadi olaraq ərazi iddiaları ortaya qoyur. Ermənistanla yanaşı İran da Azərbaycanı güclü görmək istəmir. Buna görə də onlar bizim ölkəni sıxışdırmaq və müəyyən qədər təsir altına salmaq istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB