YAP MSQ-nın Masallı rayon şöbəsində seçkilərə hazırlıq davam edir

YAP MSQ-nın Masallı rayon şöbəsində seçkilərə hazırlıq davam edir

Məlum olduğu kimi, bu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Səsverməyə iki aydan da çox vaxt qalmasına baxmayaraq artıq cəmiyyətimizdə seçki ab-havası hiss olunmaqdadır. İndiyə kimi keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə də yüksək səviyyədə hazırlaşaraq parlaq qələbə qazanmağı qarşıya məqsəd kimi qoyub. Artıq YAP Mərkəzi Seçki Qərargahı ilə yanaşı, onun yerli şöbələri də aktiv fəaliyyətə başlayıblar. Belə qurumlardan biri də YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsidir.

Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına uyğun olaraq hazırlıq və görüləcək işlərin koordinasiyasını həyata keçirmək məqsədilə YAP Masallı rayon təşkilatı İdarə Heyətinin iyulun 28-də keçirilən iclasında YAP-ın Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi yaradılaraq onun 21 nəfərdən ibarət üzvü təsdiq edilib. İclasda qərargah üzvlərinin üzərilərinə düşən vəzifələr müəyyənləşdirilib, kütləvi informasiya vasitələri ilə iş qrupu, təşkilati, təbliğat və təşviqat məsələlərinə nəzarət qrupları yaradılıb.

YAP tərəfindən parlament seçkilərinə namizədlikləri irəli sürüləcək şəxslərin müdafiəsi üçün rayon şöbəsi tərəfindən imza toplayacaq şəxslər və səlahiyyətli nümayəndələr müəyyənləşdirilərək onların siyahısı YAP Mərkəzi Aparatına göndərilib. Həmçinin YAP Mərkəzi Seçki Qərargahının rayon şöbəsi tərəfindən ərazilərdə keçiriləcək təbliğat və təşviqat işləri ilə bağlı görüş qrafikləri tərtib edilib, rayonun 5 seçki dairəsini əhatə etdiyi 117 seçki məntəqələsinin hər bir yaşayış məntəqəsi üzrə YAP fəallarından ibarət qruplar yaradılıb.

YAP Masallı rayon təşkilatı aparatında partiya tərəfindən dairə və seçki məntəqələrində müşahidə aparacaq partiya fəalları ilə treninqlər keçirilib. Hazırda məşvərətçi səs hüquqlu üzvlər ilə görüşlərin keçirilməsi və maarifləndirmə işləri davam etdirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə