Tural Abbaslı: “Beynəlxalq təşkilatlar da artıq bizimlə maraqlanır” AÇIQLAMA
"Qrupumuzun adı "Ağ blok"dur. Yəni siyasi keçmişi təmiz olan, ləkələnməyən, haqqında hər hansı bir şaiyə və böhtanlar gəzməyən namizədlərin blokudur". Bu sözləri SİA-ya açıqlamasında "Ağ blok"un təmsilçisi Tural Abbaslı deyib.
O, yenicə yaradılmış "Ağ blok" qrupunun etimadları doğrultmadığı ilə bağlı gəzən məlumatlara öz münasibətini bildirib: "Təqribən bir aya yaxın müddətdir ki, "Ağ blok" elan etmişik. Artıq bununla bağlı namizədlərin cəlb olunuması, blokun informasiya cəhətdən təbliğati işləri və müxtəlif sahələrdə də kifayət qədər ciddi işlər gedir. Bu fəaliyyətlə bağlı cəmiyyətdən adekvat reaksiya da ala bilmişik. Bu barədə siyasi cəhətdən də kifayət qədər ciddi mesajlar almışıq. Hətta beynəlxalq təşkilatlar da bizimlə maraqlanır. Hətta ABŞ-ın səfirlikləri ilə də bununla bağlı görüş keçirmişik.
Mən deməzdim ki, bu blok alınmadı və ya uğursuz oldu. Əgər adı seçki blokudursa nəticələr seçkilərdən sonra məlum olacaq. Seçkilərdən əvvəl nəticələrdən danışmaq mənasızdır. Blokun özünü doğrultmadığını düşünənlərə isə mən daha nə deyə bilərəm ki? Bu onların səxsi fikirləridir və bunu dəyişmək imkanımız da yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB