Politoloq: "Münaqişənin həlli Ermənistanı problemlərdən qurtarmayacaq" AÇIQLAMA
"Dağlıq Qarabağ məsələsinin həll olunması Ermənistan-Azərbaycan probleminin həll olunması demək deyil". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, Ermənistan dövləti Dağlıq Qarabağ məsələsində müsbət imic sərgiləyərək münaqişəni həll etsə belə, Azərbaycanla olan problemini həll etmiş olmayacaq: "Ermənistan dövləti beynəlxalq siyasətdə hər gün səhv addım atmaqdadır. Bu səhvlər geosiyasi vəziyyətin düzgün dəyərləndirilməməsindən irəli gəlir. Bu da onların qlobal siyasəti düzgün qiymətləndirə bilməməsindən irəli gəlir. Dağlıq Qarabağ məsələsi erməni probleminin həll olunmasında sadəcə bir addımdır. Bu istiqamətdə Azərbaycanın apardığı siyasət uğurludur və bu gün bunun nəticəsini görməkdəyik. Ermənistan izolyasiya edilmiş bir ölkədir. Münaqişənin həll olunması Ermənistanı problemlərdən qurtara bilməyəcək. Çünki, Ermənistanı Dağlıq Qarabağ münaqişəsini sağalmayacaq dərəcədə yaralayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB