Malena Mard: “Azərbaycanda keçiriləcək seçkini beynəlxalq müşahidəçilər diqqətlə izləyəcək” AÇIQLAMA
"Azərbaycanda seçkilərin şəffaf keçirilməsi istiqamətində xeyli işlər görülüb. Avropa İttifaqı bu addımları təqdirəlayiq hesab edir". SİA-nın xəbərinə görə bu fikirləri Mərkəzi Seçki Komissiyası və Avropa İttifaqının (Aİ) Bakıda birgə təşkil etdiyi seminarda çıxışı zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.
O qeyd edib ki, bu ilin noyabrında keçiriləcək növbəti parlament seçkisi Azərbaycana diqqəti daha da artırıb: "Beynəlxalq müşahidəçilər bu seçkini diqqətlə izləyəcək. Bu baxımdan da hesab edirəm ki, beynəlxalq təşkilatların seçkilərin keçirilməsi ilə bağlı verdiyi tövsiyələri MSK nəzərə almalıdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB