Elşən Musayev: “Leyla Yunusda erməni sevdası var" MÜNASİBƏT

Elşən Musayev: “Leyla Yunusda erməni sevdası var" MÜNASİBƏT
"Leyla Yunusun məhkəmə zalında çıxardığı oyunlar blefdən savayı bir şey deyil. Hər zamankı kimi bu adamın bütün hərəkətləri saxtadır. Bu insan nə qədər cəhd etsə də, dürüst, azərbaycanlı ola bilmir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev deyib.

ADMP sədri qeyd edib ki, Leyla Yunus maraqlı görünmək istəsə də alınmır: "Çünki onun içində bir iblis, yamaqlı xislət, qaranlıq mənəviyyat, möhtəşəm erməni sevdası, erməni təəssübkeşliyi var. Yox əgər belə olmasaydı, hələ Müdafiə Narizliyində işlədiyi vaxtlardan etibarən erməninin dəyirmanına su tökməzdi. Xocalıda, Kəlbəcərdə, Ağdamda hələ soyumayan qanların haqqını düşmənə yedirtməzdi. Xocalını əbəs yerə demirəm. Çünki o, həmin Leyla Yunusdur ki, 1992-ci ildə Müdafiə Nazirliyində informatika və analitika şöbəsinin rəsi işləyərkən yenicə baş vermiş Xocalı soyqırımı haqqında informasiyaları təkzib edən, eyni zamanda həlak olan insanların sayını dəfələrlə azaltmağa çalışan və nəhayət həmin dövrün qaynar informasiya müharibəsində erməniyə açıqca və birmənalı dəstək verən fəaliyyətin icraçısı, davranışın yiyəsi olub.

O dönəmdə Qarabağda keçirilən tədbirlərin birində ermənicə sərbəst danışmasına rəğmən Azərbaycan dilinə gəldikdə "mən bu dillə yalnız söyüş söyə bilirəm" kəlməsini söyləyən şəxs də Leyla Yunusdur. Odur ki, indi bu adamın insan hüquqlarından, azərbaycançılıqdan, ədalətdən danışması özünüifşa və rəzalətdən savayı bir şey deyil. Leyla Yunus vətən, millət satqınıdır. Layiq olduğu cəzanı da tezliklə alacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə