"Ümumiyyətlə "siyasilər" arasında hər kəs məni özlərinə rəqib görür". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP-nin, Müsavatın və xüsusilə Sərdar Cəlaloğlunun onun haqqında səsləndirdikləri aqressiv fikirlərə münasibət bildirərkən deyib.
MMP sədrinin sözlərinə görə, ona qarşı fikir səsləndirən insanlara fiziki terror göstərməyə çalışırlar: "Bunların məqsədi odur ki, ölkədə dövləti müdafiə edən insan qalmasın. Onlar görürlər ki, ideoloji mübarizənin başında dayanan Hafiz Hacıyevə heç kim təsir edə bilmir. Ona görə də mənə qarşı çox aqressiv şəkildə fikirlər bildirir, hətta məni təhqir də edirlər. Təbii ki, onların dövlət çevrilişi etmələri mümkün olan məsələ deyil. Mənim onlar kimi yüz sifətim yoxdur. Bu insanlar yüz cildə girirlər. Məhz buna görə də onların heç vaxt hörməti olmayıb, ola da bilməz. Mən Qəmbərov İsa kimi avaranı vurub siyasi səhnədən çıxardım, eləcə də Cəmil Həsənov kimi qocanın qızının erməniyə ərə getməsini açıb ortaya qoydum. İndi də onlar parlament seçkiləri ərəfəsində məni özlərinə rəqib görürlər".
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da fikirini öyrəndik. S. Cəlaloğlu Hafiz Hacıyevin ünvanına bu sözləri səsləndirib: "Ümumiyyətlə bu adamın mövcudluğu jurnalistlər sual verəndən-verənə yada düşür. Bəyəm o mühüm bir fiqurdur ki, Azərbaycanda hansısa proseslərə təsir etmək imkanı olsun. Mən onun haqqında bu günə kimi heç bir fikir bildirməmişəm və heç düşünmürəm də. Qoy o, nə danışır-danışsın. Bu insan onsuz da onun-bunun haqqında gündə min söz danışmaqla məşğuldur. Hafiz Hacıyev sadəcə özündən xoflanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB