Elman Məmmədov: “Görüşdə səsləndirilən fikirlər dəyərli oldu” AÇIQLAMA

Elman Məmmədov: “Görüşdə səsləndirilən fikirlər dəyərli oldu” AÇIQLAMA

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Aİ ilə Azərbaycan arasında olan münasibətlərə müsbət təsir göstərir. O, burada Azərbaycanda həqiqətləri yaxından tanış oldu. Ona ölkəmizdəki vəziyyət haqqında ətraflı məlumat verildi". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, görüşdə son vaxtlar Azərbaycana qarşı Avropanın bir çox qurumları, o qurumların üzvü olan müəyyən qruplar, tək-tək şəxslər tərəfindən ölkəmizə qarşı şər-böhtan xarakterli qərəzli fikirlərə, obyektiv, düzgün olmayan haqq-ədalətsiz mövqelərə aydınlıq gətirildi: "Donald Tusk özü şahidi oldu ki, Azərbaycanda insan hüquqlarının pozulması, demokratiyanın olmaması ilə bağlı söylənilən fikirlərin hər biri cəfəngiyyatdan başqa bir şey deyil. O anladı ki, Azərbaycan inkişaf etmiş hüquqi demokratik dövlətdir. Beləcə, ölkəmizdə bütün insan hüquqları, söz, mətbuat azadlığı da təmin olunub. Ona sübut olundu ki, Azərbaycanda xeyli sayda qəzet, jurnal dərc olunur və telekanallar, radiolar fəaliyyət göstərir. Bir sözlə, ölkəmizdə media azadlığı var. Qonağa həmçinin bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması haqqında məlumat verildi. Ümumilikdə görüşdə səsləndirilən fikirlər çox dəyərli oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə