"Əlbəttə ki, istənilən insan öz əməyinin bəhrəsini görəndə sevinir. O cümlədən mən də çox sevinirəm". Bunu SİA-ya Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar Jurnalist" fəxri adı ilə təltif edilən, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət aldığı mükafat barədə təəssüratlarını bölüşərkən deyib.
"20 ildən artıqdır ki, jurnalistikadayam. Biz bu sahədə çalışarkən heç vax düşünmürdük ki, kimsə bizi nə zamansa təltif etməlidir. Yəni bizim Vətən, millət, dövlət qarşısında xidmətlərimiz hər zaman təmənnasız olub. Sözün düzü deyim ki, Prezidentin imzaladığı sərəncamda öz adımı görəndə bir xeyli həm təəccübləndim, həm də sevindim. Təəccübləndim ona görə ki, mən özüm heç vaxt ada-sana can atmamışam. Digər tərəfdən sevindim ona görə ki, dövlətimiz bizim gördüyümüz hər bir işi görür və qiymətləndirir. O baxımdan sevindirici bir haldır" - deyə, A.Həsrət qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda jurnalistika ilə məşğul olub bəzi xarici dövlətlərə, beynəlxalq təşkilatlara işləyən adamlar da var: "Təbii ki, həmin təşkilatlardan ad-san, mükafat alan, hədiyyələr gözləyən insanlar da var. Çox sevinirəm ki, mən onlardan deyiləm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB