Səlim Balayev: "Əməyimi qiymətləndirdiyinə görə Ölkə başçısına minnətdaram" MÜNASİBƏT

Səlim Balayev: "Əməyimi qiymətləndirdiyinə görə Ölkə başçısına minnətdaram" MÜNASİBƏT

"Mexanika fakultəsini bitirsəm də, bir çox həmyaşıdlarım kimi, jurnalistikaya mən də meydan hərakatından gəlmişəm. Vətənimiz üçün çox ağır keçən o illərdə biz gəncləri bir amal birləşdirirdi, bir məqsəd üçün çalışırdıq- Vətənimizin müstəqilliynə nail olmaq, işğal altında olan torpaqlarımızı düşməndən təmizləmək!". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Səlim Balayev kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsinə münasibət bildirərkən deyib.

Səlim Balayev deyib ki, ötən 26 illik jurnalistlik fəaliyyətində kədərli və sevincli günləri olub: "Yenicə yaranmış Müdafiə Nazirliyi Mətbuat Xidmətində çalışdığım illərdə cəbhə bölgəsini qarış –qarış gəzdim, Milli Ordumuzun qələbələrini sevinc hissi , itkilərimizi isə ürək ağrısı ilə sətirlərə köçürüb ictimailəşdirdim. 1996-cı ildə Ordu sıralarından təxris olunduqdan sonra taleyimi əbədi olaraq elə jurnalistakaya bağladım. Ötən illər ərzində informasiya agentliyi baş direktorundan tutmuş sıravi müxbirədək müxtəlif redaksiyalarda müxtəlif peşələrdə çalışdım. 2006-cı ildə isə "Yeni Azərbaycan" qəzetindən əməkdaşlıq təklifi aldım. Elə son dayanacağım da bura oldu. Məhz bu qəzetdə çalışdığım illərdə imzam daha da tanındı. Çünki çalışdığım redaksiyada jurnalistikanın qızıl qaydalarına tam şəkildə əməl olunur. Beləcə illər ötdü və nəhayət mənim də əməyim dövlət tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı ilə "Tərəqqi" medalına layiq görüldüm. Mənim əməyimi qiymətləndirdiyinə görə Ölkə başçısına minnətdarlığımı bildirirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə