ARGTMŞ jurnalistlərlə görüş keçirəcək

ARGTMŞ jurnalistlərlə görüş keçirəcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. SİA-nın məlumatına görə, təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Bu gün təşkilat 112 gənclər təşkilatını, minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, Dünya Gənclər Assambleyasının (WAY) İdarə heyyətinin təmsilçisi, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının təsisçisidir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası fəaliyyət göstərdiyi 20 il ərzində mətbuat orqanları ilə əməkdaşlığa xüsusi önəm verib və uğurlu əlaqələrin qurulmasına nail olub. Mətbuatın gənclər və gənclər təşkilatlarının inkişafına verdiyi töhfələri daim yüksək qiymətləndirən Gənclər Təşkilatları Milli Şurası hər il Milli Mətbuat və Jurnalistika günündə əməkdaşlıq etdiyi mətbuat orqanlarının nümayəndələrini təbrik məqsədi ilə müxtəlif formatlı görüşlər təşkil edir.

Görüşdə təşkilatın 2015-ci il mətbuat sahəsində həyata keçirdiyi əməkdaşlığın nəticələri haqqında məlumat veriləcək və mətbuat orqanlarının təltif olunma mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə