"Ermənistan, Azərbaycan, Kamboca və Nepal Şanxay Əməkdaşlıq Təşkilatına tərəfdaş qismində qoşulurlar". SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin rəhbərlərinin Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin çıxış edib.
O qeyd edib ki, qurumun işində iştirak etmək istəyən digər dövlətlər də var.
"Müvafiq tələbləri nəzərə alaraq, həmin dövlətlərin müraciətlərini diqqətlə nəzərdən keçirəcəyik" - deyə, o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB