Elman Məmmədov: “Sterliqov cəzasını alacaq” AÇIQLAMA

Elman Məmmədov: “Sterliqov cəzasını alacaq” AÇIQLAMA

"Rusiyanın məşhur milyarderlərindən biri olan, "Alisa" birjasının təsisçisi German Sterliqovun Dağlıq Qarabağda məskunlaşması Azərbaycan qanunlarının kobud şəkildə pozulmasıdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, rusiyalı milyarderin hərəkəti həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir: " Onlar düşünməlidirlər ki, Azərbaycan öz öz torpaqlarını geri alacaq. O zaman biz onları həmin ərazilərdən süpürüb kənara atacağıq. German Sterliqov öz ölkəsində də arzuolunmaz şəxs kimidir və cinayətkardır. Hesab edirəm ki, onun bu hərəkəti Rusiya dövlətinin Azərbaycana qarşı olan münasibətlərinə aidiyyatı yoxdur. Çünki o, öz ölkəsində də anormal bir adam kimi tanınır. Belə olan halda həmin şəxsdən etdikləri gözləniləndir. Çünki bu tip insanlar hər zaman cinayətkarların, terrorçuların yanında olurlar. Lakin zaman gələcək sözügedən şəxs Azərbaycan qanunları çərçivəsində öz cəzasının alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə