Yunanıstana vaxt verildi

Avropa Birliyi liderlərinin Brüsseldəki növbəti zirvə görüşü sona çatıb. SİA-nın məlumatına görə, əsas müzakirə obyektinin Yunanıstan olduğu zirvə toplantısının ardından iştirakçı ölkələrin nümayəndələri Yunanıstana yeni paket hazırlamaq üçün cümə axşamına qədər müddət verib. Bazar günü isə yeni bir zirvə toplantısında mövzu ilə əlaqədar görüşün keçirilməsi gündəmdədir. Digər tərəfdən ABŞ prezidenti Barak Obama Yunanıstandakı vəziyyətlə bağlı Almaniya konsleri Angela Merkel ilə telefon danışığı aparıb. Ağ evdən verilən şərhə görə, iki lider Yunanıstanda islahatları davam etdirmək və Avro bölgəsindəki böyümə və borc davamlılığını geri çəkməklə razılaşmanın əldə edilməsinin hər kəsin mənfəətində olduğundan danışıblar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə