Azərbaycanı görmədən qətnamə qəbul etdilər

Bakını görəndə isə bu insanlar aldadıldıqlarını etiraf edirlər
Azərbaycanı görmədən qətnamə qəbul etdilər

Bir ölkəni görmədən, tanımadan şayələr əsasında ona qarşı qətnamə qəbul etmək nə dərəcədə məntiqlidir sizcə? Adi məktəbli məntiqinin belə qəbul etmədiyi bu addımı əgər Almaniya parlamentinin üzvləri atırsa bəs onda necə? Ancaq gəlib Azərbaycanı görəndən sonra isə bu ölkəyə qarşı münasibətləri 180 dərəcə dəyişir. Avropalıların Azərbaycana qarşı dırnaqarası obyektivliyini indi almaniyalı parlament üzvünün öz dilindən eşidəcəksiz.

Azərbaycanın gücləndikcə buna mane olmaq istəyənlər də çoxalır. Avropa oyunları bu prosesin pik nöqtəyə çatmasına səbəb olub.

Bunun ən bariz nümunəsi Avropa Oyunlarının açılış mərasiminin səhəri günü Almaniya parlamentinin qəbul etdiyi qətnamə oldu. Qətnamədə Almaniyalı deputatlar heç bir hüquqi dövlətçilik anlayışına sığmayan tərzdə Azərbaycandan İnsan Hüquqlarının qorunmasını tələb etmişdilər.

Diqqət çəkən əsas məqam bir mərkəzdən idarə olunaraq Azərbaycana qarşı qərəzli qətnamə qəbulunda iştirak edənlərin ölkəmizlə yaxından uzaqdan tanış olmamasıdır. Həmin şəxslər Azərbaycanı bircə dəfə də olsa gördükdə isə mövqelərinə görə peşman olurlar. Almaniya parlamentinin qəbul etdiyi qətnaməni təklif edən partiyalardan biri - Xristian Demokratlar İttifaqının Azərbaycanda səfərdə olan deputatı Mark Hauptmanın bunları "xəzər xəbər"ə müsahibəsində deyib.

Alman parlamentarinin bu açıqlaması Azərbaycana qarşı qarayaxma kampaniyasının yalanlara əsaslandığını bir daha sübut edir. Yalanın səbəbi isə bunu ortaya çıxaran sürətli inkişafa dözümsüzlükdür. Çünki özlərini demokratik adlandıranların Azərbaycanı bir dəfə də olsun görmədən imzaladıqları sənədi obyektiv adlandırmaq mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə