“Yeni Müsavat” Cəmil Həsənlini SUSDURDU

Azər Ayxan: “Bunların ildə 2-3 dəfə iynələrini vurmasaq sakitləşmirlər”
“Yeni Müsavat” Cəmil Həsənlini SUSDURDU

"Azərbaycanın müxalifət siyasətçilərinin xeyli hissəsi nankordur. Onların da başında "Yurd"çular gəlir. İllərlə xidmət göstərirsən, dəstək verirsən, işini, biznesini, kollektivini riskə atıb bunları müdafiə edirsən, amma axırda səni ya satqın adlandırırlar, ya da çamur atıb ləkələmək istəyirlər. Əslində özləri çamurun, çirkabın içindədilər". Bu fikirləri "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan Cəmil Həsənlinin "Yeni Müsavat"la bağlı iddialarına "facebook" hesabındakı münasibətində yazıb.

Azər Ayxan qeyd edib ki, Cəmil Həsənli "Yeni Müsavat" qəzetini "SƏS" qəzeti və yaxud da digər iqtidar qəzetləri ilə müqayisə edibsə, bu tipik nankorluq, korafəhmlik və nadanlıqdır: "Mən professor elmi rütbəsi daşıyan bu adama təklif edirəm ki, 2013-cü ildə dərc olunan "Yeni Müsavat"ı da vərəqləsin, "SƏS"i də. Bu zaman özü-öz nankorluğuna heyrət edəcək. Biz zamanında Cəmil Həsənlini ölümünə müdafiə etmişik, ona yönələn bütün ittihamlara cavab vermişik. Qəzetin rəhbərliyinə daxil olan şəxslər öz imzaları ilə köşələr yazıb bu siyasi avantüristi müdafiə edib. Onun seçkilərlə mitinqlərini, görüşlərini "musavat.com" saytında canlı yaymışıq... İndi durub "Yeni Müsavat"ı iqtidara işləməkdə suçlayır bu başabəla professor. Nə edək, bizim də qəzetçi taleyimiz bu cür gətirib - kimə dəstək veririk, kimi adam yerinə qoyub sayğı göstəririksə, əvəzini bu cür alırıq".

Azər Ayxan yazıb ki, Milli Şura sədrinin məlum iddiası onlar üçün dərsdir: "Bu həm də bizim üçün bir dərsdir - həyat dərsi, peşə dərsi... Nəzərə alacağıq, nəzərə alırıq. Biz "SƏS" qəzetiyiksə, "Yeni Azərbaycan"ıqsa, Cəmil Həsənli də Hafiz Hacıyevdi. Onun stilistikasında, onun jarqonunda, onun siyasi ləhcəsində danışmağa başlayıb. Görünür 2013-də efirdəki təmasları bu adama bu cür təsir edib - Hafizi təqlid edir. Etsin, nolar. Amma biz zamanında bu gün C.Həsənlini tırkalayıb üstümüzə salan Əli Kərimlini də Hafizdən, onun təhqirlərindən müdafiə etmişik. Amma zaman keçdikcə görmüşük Ə.Kərimlidə də Hafizləşmə gedir…"

"Yeni Müsavat" rəsmisi qeyd edib ki, bunlar nə qədər bu kimi iddialarla çıxış edirblərsə, cavablarını alıblar: "…Hər dəfə də ağızlarının payını alıb quyruqlarını qısaraq daxmalarına çəkildilər. Amma pis vərdiş ediblər, ildə 2-3 dəfə iynələrini vurmasaq sakitləşmirlər. Siyasi süqutun son mərhələsini yaşayırlar, məhv olmaq üzrədilər…Xalq Milli Şura adlanan geydirmə qurumun mitinqinə qatılmır. Nəinki xalq, heç öz tərəfdarları, AXCP üzvü olanlar belə o mitinqlərə getmirlər. Min nəfəri belə ətraflarına yığa bilmirlər…Xalq hər şeyi, hamını görür, müşahidə edir. Yalandan özlərini "Yeganə, əsl müxalifət" adlandırmaqla deyil ki..."

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə