Seymur Orucov: “Gənclərimizdə vətənpərvərlik hissi yüksəkdir” AÇIQLAMA

Seymur Orucov: “Gənclərimizdə vətənpərvərlik hissi yüksəkdir” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan Respublikasının Bayrağı dövlət rəmzlərimizdən ən başlıcası sayılır. Biz xarici dövlətə gedərkən və ölkədən kənara çıxarkən özümüzlə ölkəmizi apara bilmirik. Apara bildiyimiz və dövlətimizi təmsil etdiyimiz vasitə yalnız Azərbaycan Respublikasının Dövlət Bayrağıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin bayraqla rəftar qaydalarına münasibət bildirərkən deyib.

YAP GB sədri bildirib ki, bayrağımız öz gözəlliyinə görə, dünya bayraqları arasında seçilir: "Bu gün gənclərimizdə vətənpərvərlik hissi çox yüksəkdir. Onlar öz dövlətlərini, bayraqlarını sevirlər. Amma bəzən də elə olur ki, emosiyalar şəraiti altında futbol və digər idman yarışları zamanı qələbə qazanılmayanda bayraqlar kənar qoyulur və yaxud onu əyləşdikləri yerdə qoyub gedirlər. Təbii ki, bunlar xoşagəlməz hallardır. Bayraqdan istifadə qaydaları Azərbaycan dövləti tərəfindən təsdiq edilib. Burada bayraqla necə davranma qaydaları ətraflı izah olunur. Ümumiyyətlə bayrağı yüksəkdə tutmaq lazımdır və onu belə bağlamaq, yerə atmaq olmaz. Bizim bu həftə ilk Avropa Oyunları ərəfəsində gənclərdə etik normalarla bağlı seminarlarımız keçiriləcək. Bunların da tərkib hissəsindən biri bayrağımızla rəftar qaydaları olacaq. Artıq I Avropa Oyunlarına 8 gün qalıb. Xeyli sayda xarici qonaq Azərbaycana gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə