Prezident latviyalı həmkarını təbrik etdi

Prezident latviyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Raymonds Veyonis Latviya prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Hörmətli cənab Veyonis, Latviya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə