"Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi İrəvanda qaldırılacaq". SİA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın XİN rəhbəri İvitsa Daçiçlə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu məsələ ATƏT sədri ilə müzakirə olunub və ondan belə bir xahiş edilib: "İ. Daçiç isə deyib ki, sözügedən məsələni İrəvanda görüşləri zamanı qaldıracaq və hər hansı nəticənin əldə olunacağını düşünür. Çalışırıq ki, girovlarımız tez bir zamanda Azərbaycana qaytarılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB