"Rusiya atom bombasından istifadə edə bilməz. Bu silahdan istifadə etmək həddindən artıq fəlakətlərə gətirib çıxara bilər". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli ABŞ və Avropanın iqtisadi, siyasi təzyiqlərinə cavab olaraq Rusiyanın atom bombasından istifadə edə biləcəyinə münasibətini açıqlayarkən deyib.
Politoloq qeyd edib ki, əgər Rusiya belə bir addım atsa qalib çıxacağı şübhə doğurur: "Çünki Oradakı nüvə arsenalı köhnəlmiş, sovet dövründən qalmış hərbi qurğulardır. Baxmayaraq ki Rusiya özünü həddindən çox reklam edir, amma onların o qədər də gücü yoxdur. Həmçinin ABŞ nüvə silahından qorunmaq üçün bir sistem düzəldib ki, bəzi ekspertlərin fikrincə bu sitem vasitəsilə bir çox hücumların qarşısını almaq mümkündür. Belə bir şəraitdə əgər Rusiya nüvə silahına əl atsa, bu özünü intihara bərabər sayıla bilər".
Qabil Hüseynli həmçinin onu da vurğulayıb ki, bu məsələdə Avropa ölkələrinə müəyyən ziyan dəyə bilər: "Rusiyada əgər sözügedən məsələ hərbiçilərin deyil, siyasətçilərin sərəncamına verilsə, onlar nüvə silahına izin verməyəcəklər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB