Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Şimali və Mərkəzi Asiyada tranzit dəhlizinin yaradılması" mövzusunda təşkil olunacaq xüsusi məsləhətləşmə iclasında iştirak edəcək. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, M. Məmmədquliyev 26-30 may 2015-ci il tarixində Tailandın Banqkok şəhərində keçiriləcək xüsusi məsləhətləşmə iclasına qatılacaq. Tədbirdə davamlı inkişafın üç ölçüsünün balanslaşdırılması, Asiya və Sakit okean regionunda əhatəli və davamlı sosial-iqtisadi inkişaf üçün əsas təhdidlər mövzusunda müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB