Mirhəsən Seyidov “İrəli” İB-nin yeni kampaniyası haqqında danışdı AÇIQLAMA

Mirhəsən Seyidov “İrəli” İB-nin yeni kampaniyası haqqında danışdı AÇIQLAMA

"Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Təbii ki, bu müddət ərzində Azərbaycana olan beynəlxalq təzyiqlər günü-gündən daha da artmaqdadır". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Birlik sədrinin sözlərinə görə, I Avropa Oyunları artıq beynəlxalq təşkilatların deyil, birbaşa olaraq şəxslərin və fərdlərin maraqları dairəsinə gəlib keçib: "Hansı ki, bu şəxslər dünya ictimaiyyətində daha çox erməni lobbisinin təsiri ilə inkişaf edən və təsir qüvvəsinə malik ola biləcək münasibətlərin ortasında özlərinə bir yer müəyyənləşdiriblər. Onlar bu yerdən Azərbaycana qarşı təsir mexanizmi düşünüməyə başlayıblar. Təbii ki, Azərbaycanın uğurları nə qədər çoxalacaqsa, cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə müstəqil siyasət aparacaqsa beynəlxalq təzyiqlər də səngiməyəcək. Biz çox yaxşı bilirik ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı etdiyi təzyiqlərin heç bir rolu yoxdur. Burada ən əsas, vacib faktor Azərbaycan faktoru və ölkə gəncliyinin ortaya qoya bildiyi vətəndaşlıq mövqeyidir. Əgər mən vətəndaşlıq mövqeyindən çıxış edərək milli kimliyimi tanıtdıraraq Azərbaycan haqqında hansısa xoş təəssürat yarada bilirəmsə, demək mən Azərbaycan adını layiqincə daşıya bilirəm".

M.Seyidov "İrəli" İctimai Birliyinin yeni kampaniyası haqqında da söz açıb: "Bu kampaniyanın adı "Dostunla oyna" kampaniyasıdır. Təbii ki, biz bu təbliğatın daha da artırılması, kütləvi forma alması üçün uşaqikən hər zaman oynadığımız idman növlərini önə çıxarmaq istəyirik. Hansı ki, bu, bizim məhəllədə, küçədə dostlarımızla oynadığımız futbol, basketbol, voleybol və sairədir. Burada iki əsas hədəf qrup var. Birincisi, bizim həyətdə oynadığımız idman növlərinin inkişafıdır. İkincisi, uşaq evlərindəki gənclərin idmanın inkişafına marağıdır. Hansı ki, onlar üçün mövcud vəziyyət, struktur var. Kampaniya yaxın bir həftə ərzində öz işinə start verəcək. Gənclərlə bağlı böyük bir təbliğat qrupu yaradılıb. I Avropa Oyunları coşqusuna çox az vaxt qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə