"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Rusiyaya gedir". SİA-nın məlumatına bu barədə jurnalistlərə açıqlama verən Xİn başçısı Elmar Məmmədyarov bildirib ki, səfəri zamanı o, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək:
"Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri geniş müzakirə edəcəyik. Bundan başqa, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşümüz nəzərdə tutulub"- deyə, E. Məmmədyarov qeyd edib
Bundan başqa nazir açıqlaması zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti təmaslar BMT Baş Assambleyasının iclası çərçivəsində baş tuta bilər: "Ancaq təmasların hansı səviyyədə olacağı ilə bağlı hələ qərar qəbul edilməyib. Çox güman ki, ATƏT-in Minsk qrupu həmsədrləri ilk olaraq xarici işlər nazirləri ayrı-ayrılıqda görüşəcəklər, amma hələ təklif gəlməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB