Oyunlarla bağlı həqiqətdən uzaq yazılar vahid mərkəzdən idarə olunur AÇIQLAMA

Oyunlarla bağlı həqiqətdən uzaq yazılar vahid mərkəzdən idarə olunur AÇIQLAMA

"I Avropa Oyunlarının ölkəmizdə təşkil ediləcəyi ilə bağlı qərar qəbul olunan vaxtdan bir çox beynəlxalq qüvvələr, onların yerli emisarları sanki qərəzlərini ortaya qoymaq və Azərbaycanın əleyhdarı olduqlarını bir daha göstərmək üçün fürsət qazanmış oldular". Bunu SİA-ya "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud söyləyib.

E. Behbud bildirib ki, sistemli şəkildə xarici media orqanlarında Azərbaycanda vətəndaş cəmiyyətinin durumu, Avropa oyunlarına hazırlıq prosesi ilə bağlı yayımlanan həqiqətdən uzaq yazılar vahid mərkəzdən idarə olunur: "ABŞ dövlət katibinin konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyasının ifşası bu məsələni bir daha gün işığına çıxartmış oldu. Əlbəttə bu prosesdə diqqəti çəkən məqamlardan biri də ölkə daxilindəki bir sıra marginal siyasi qrupların Azərbaycanın artan beynəlxalq imicinə kölgə salmağa çalışan, bütün Avropanın idman hadisəsinin episentrinə çevrilməsini həzm edən bilməyən xarici qüvvələrlə həmrəylik nümayiş etdirməsidir. Bu, birmənalı şəkildə Azərbaycanın milli maraqlarının əlehinə çalışmaqdır".

Birlik sədri vurğulayıb ki, Azərbaycan artıq müxtəlif istiqamətlər üzrə mühüm beynəlxlaq layihələri uğurla icra edən dövlət kimi I Avropa oyunlarını da böyük mütəşəkilliklə təşkil edəcək və bizi sevməyən dairələri yenə də məyus edəcək: "Bunun üçün ilk növbədə tələb olunan təbii ki, xalqla hakimiyyətin birliyidir. Bu isə ölkəmizdə yüksək səviyyədə mövcuddur. Prezident İlham Əliyevin siyasi kursu Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir".

Bütün xəbərlər Facebook səhifəmizdə