Sahib Alıyev: “Avropa Parlamenti Ermənistanı niyə baykot etmir?” MÜNASİBƏT
"Birinci dəfə deyil ki, Avropa Parlamentinin qərəzli yanaşması ilə qarşılaşırıq. Avropa Oyunlarını baykot çağırışı da növbəti qərəzin nümunəsidir". Bu fikirləri SİA-ya millət vəkili Sahib Alıyev Avropa Parlamentinin Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarını baykota çağırış qərarına münasibətini açıqlayarkən deyib.
Millət vəkili qeyd edib ki, doğrudan da Avropa Parlamenti Azərbaycana yanaşmada çağırış edərkən insan haqlarının pozulmasını nəzərdə tutub bu addımı atırsa, o zaman sual ortaya çıxır ki, nədən həmin Avropa Parlamenti Ermənistanı baykot etməyə çağırmır: "Axı Ermənistan işğal etdiyi Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamələri yerinə yetirmir! Əgər söhbət insan haqlarınının pozulmasından gedirsə, Ermənistan qədər insan haqlarının pozulduğu ikinci bir dövlət yoxdur. Həm orada yaşayan ermənilərin, həm də işğal etdikləri torpaqlardan qaçqın düşən bir milyondan artıq azərbaycanlıların haqlarını pozurlar. Bu qurumun ikili standartlardan çıxış etdiyi, arxasında bəlli çevrələrin sifarişinin dayandığı sirr deyil".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB