"Ümumiyyətlə, Azərbaycanın qazandığı uğurlar, dünyada artan nüfuzu, yerləşdiyi əlverişli coğrafi məkan bəzi dairələrin hər zaman qısqanclığına səbəb olub". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf "Bakı 2015" I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.
AGAT-ın sədr müavinin sözlərinə görə, təşkilat ölkəmizə qarşı olan aparılan şər, böhtan kampaniyasının qarşısının alınması istiqamətində əlindən gələni əsirgəmir: "Hətta biz bu məsələləri araşdıranda belə onun kökünün ermənipərəst dairələrə, erməni lobbisinə gedib çıxdığını görürük. Hələ bir müddət guya qardaş Türkiyənin Avropa Oyunlarına qarşı qara-piar kampaniyasına başladığı bildirilmişdi. Sonradan isə araşdırılmar nəticəsində bəlli oldu ki, sən demə, bu böhtanı, iftiranı Azərbaycana yönəlik sərgiləyənlərin arxasında Türkiyədə yaşayan ermənilər dayanır. Biz gərək bütün bunlara sadəcə olaraq tolerant yanaşaq və hücum mövqeyində dayanaq. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərindən də biri odur ki, "Azərbaycan gənci müdafiəyə yox, mütləq şəkildədir ki, hücum mövqeyində olsun". Hal-hazırda gənclər sektorunda olan bir neçə təşkilat, o cümlədən AGAT məhz bu mövqedədir. Biz ölkəmizə qarşı aparılacaq qara-piar kampaniyasını gözləməməliyik əksinə biz bu cür hücumlara hazır olmalıyıq. Həqiqətən də bu gün Azərbaycanı, məmləkətini sevən, əsl vətəndaş olan gənclərimiz var ki, onlarla bir arada çalışırıq ki, sosial şəbəkələrdə daha aktiv olaq. Məsələn, elə haştaglar (#) varki onlar birbaşa olaraq Avropa Oyunlarına söykənir. Bu gün artıq həmin haştaglar müsbət və real statuslardan ibarətdir".
N.Xələf bütün gənclərə səslənərək deyib ki, artıq "Bakı 2015" I Avropa Oyunlarının başlanmasına çox az bir müddət qalıb: "Bu gündən etibarən qoy bütün Azərbaycan gəncliyi bu prosesə qoşularaq qarayaxma kampaniyasına qarşı sosial şəbəkələrdə - instagram, twitter, facebook və s. öz fikirlərini bildirsinlər. Onlardan xaiş edirik ki, Azərbaycan keçiriləcək möhtəşəm idman yarışları ilə bağlı haştaglardan (#)istifadə edərək statuslar yerləşdirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB