Sloveniyanın Nova-Qoritsa və Şempos şəhərlərində II Dünya müharibəsində Faşizim üzərində qələbənin 70 illiyi münasibəti ilə tədbirlər keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Milli Məclisin üzvu Rauf Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi hərbi ataşe Kamil Quliyev, Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndəsi Qalib İsrafilov, Sloveniyadakı səfirliyin nümayəndəsi və Oğuz rayon İHB Eyvaz Qurabanovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Səfər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə həyata keçib.
Nova-Qoritsa şəhərində tədbirin rəsmi hissəsi keçirilib. Tədbirdə Milli Məclisin üzvu Rauf Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi Kamil Quliyev, Azərbaycanın Avstriyadakı səfirinin nümayəndəsi Qalib İsrafilov çıxış edibər. Çıxış edənlər II Dünya müharibəsində Faşizim üzərində qələbə çalmasında Azərbaycan xalqının rolundan o cümlədən Sloveniya partizan hərəkatının fəal üzvlərindən biri olan Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyat yolundan və qəhrəmanlığından danışıblar. Çıxış edənlər eyni zamanda Azərbaycanla Sloveniya arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və bu sahədə Azərbaycan dövləti tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyünü bildiriblər. Tədbirdə Nova-Qoritsa şəhərinin meri Matey Arçon, Sloveniya Partizan Birliyinin sədri Tone Velikone çıxış ediblər.
Tədbir çərçivəsində Oğuz Rayon İHB Eyvaz Qurbanov və Nova-Qoritsa şəhərinin meri Matey Arçon qardaşlaşmış şəhərlər olan Oğuz və Nova-Qoritsa şəhərləri arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə sənədlər imzalayıblar.
Tədbir klassik musiqidən ibarət konsertlə davam edib. Konsertdə Avstriyada oxuyan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində Şempos şəhərində İnformatik tablonun açılış mərasimi keçirilib. Mərasimdə qəhrəman partizan Mehdi Hüseynzadənin məzarı üstünə tablonun qarşısına əklillər qoyulub. Mərasimdə Sloveniya Parlamentinin üzvu, Azərbaycan-Sloveniya Parlamentlərarası dostluq qrupunun sədri xanım Mikiyam Bon-Klanseçk, Şempos şəhər Bələdiyyəsinin sədri xanım Barbara Klante, Nova-Qoritsa şəhərinin Parlamentdəki təmsilçisi xanım Demyana Pavliçsa çıxış ediblər.
Çıxışlarda Sloveniyanın faşizim əsarətindən azad olunmasında azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin qəhrəmanlıqla dolu döyüş yolundan, Azərbaycan- Sloveniya xalqları arasında olan dostluq əlaqələrindən bəhs olunub.
Tədbirlərin sonunda tədbir iştirakçıları üçün ziyafət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB