Almaniya Federativ Respublikası hökumətinin ictimaiyyətlərarası əməkdaşlıq üzrə nümayəndəsi Gernot Erler Belorusun paytaxtı Minskdə keçirilən beynəlxalq konfransda ikinci dünya müharibəsi zamanı nasist rejiminin Belorusda törətdiyi vəhşiliklərə görə rəsmi şəkildə öz dövləti adından üzr istəyib. SİA xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri yazıb. Erlerin sözlərinə görə, buna qədər Almaniyanın heç bir yüksək rütbəli dövlət məmuru belorus xalqından rəsmi üzrxahlıq etməyib. "Almaniya hökumətinin adından həmin hadisələrə görə üzr istəyirəm" -deyə, dövlət məmuru bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB