Mayın 4-də Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib. SİA-nın Türkiyə Silahlı Qüvvələrinin Qərargahına istinadənverdiyi xəbərə görə, görüşdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadze iştirak edib.
Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB