Politoloq: “ABŞ-da demokratlar həmişə xarici siyasətə ciddi zərbələr vurub”
"Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı tədbirin keçirilməsinin planlaşdırılması mətbuatda gedən yazıların həqiqət olduğunu təsdiq edir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E. Mirzəbəylinin sözlərinə görə, bu davranışlar geosiyasi əhəmiyyətə malik olan Azərbaycanla müttəfiqlərinə qarşı hər zaman naməlum mövqe sərgiləyən ABŞ arasında gərginliyin yaranmasına səbəb olacaq: "Hesab edirəm ki, bu da indiki şəraitdə Vaşinqtonun maraqlarına uyğun gəlmir. Ümumiyyətlə ABŞ-da demokratların hakimiyyəti dövründə bu ölkənin xarici siyasətinə həmişə ciddi zərbələr vurulub. Barak Obama da sələflərindən fərqli addım atmadı. Yəni, onun administrasiyası ABŞ-ın maraqlarına zidd olan siyasət yürüdərək bu ölkəyə qarşı formalaşan müsbət imici tamamilə məhv etdi. Söhbət təkcə Azərbaycanın ABŞ-a olan münasibətindən getmir. Bu gün dünyanın bütün ölkələrində, hətta ABŞ-ın müttəfiqi olan dövlətlərdə sorğular keçirilsə, ona qarşı normal münasibətin olmadığı üzə çıxar. Bu da yürüdülən siyasətin nəticəsidir".
E. Mirzəbəyli deyib ki, 5-ci kolonun nümayəndələri adətən ayrı-ayrı dövlətlərin ərazisində ən ləyaqətsiz adamların içərisindən seçilir: "Bunlar o adamlar olur ki, onlar dövlətini, vətənini, hətta doğmalarını belə satmağa hazır olurlar. Belə adamlar isə özlərini xarici qüvvələrin istifadəsinə verirlər. Bu baxımdan 5-ci kolon sifarişini alıb. Amma Azərbaycanda 5-ci kolunun ciddi dayaqlara malik olduğunu düşünmürəm. Bu insanların bir qismini Azərbaycanda ümumiyyətlə heç kim tanımır. Onlar yalnız qrant dəllalları, alverçilərdir. Bir qismi isə ifşa olunub. Bunların isə Azərbaycan cəmiyyətinə hər hansı bir formada təsir göstərəcəyini düşünmürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB