Vaqif Abışov: “Məlum hadisələr bizi qəribçiliyə salmamalıdır” AÇIQLAMA

Vaqif Abışov: “Məlum hadisələr bizi qəribçiliyə salmamalıdır” AÇIQLAMA

"Ümumiyyətlə mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı keçiriləcək tədbirdə Emin Millinin, "5-ci kolon" nümayəndələrinin iştirak etməsi ilə bağlı bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) silsilə yazılar dərc olunur və fikir mübadiləsi aparılır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.

BAXCP rəsmisinin sözlərinə görə, bu kimi hallar ilk deyil: "Azərbaycana qarşı nəinki okeanın o tayında, o cümlədən Avropanın özündə və yaxud yaxın, uzaq qonşu ölkələrdə bu cür təxribat xarakterli tədbirlərə əl atıblar. Bu gün Azərbaycan dövləti müstəqildir və öz yolu (istər Cənubi Qafqazda, istərsə də dünyada) ilə də gedir. Düşünürəm ki, ABŞ-ın Azərbaycana qarşı apardığı son məlum hadisələr bizləri qəribçiliyə salmamalıdır. Nəyə görə? Çünki uzun müddət Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondu Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa maliyyə yardımı edir, qondarma erməni "soyqırımı"nın tanınması ilə bağlı ABŞ Konqresində müzakirələrin keçirilməsinə cəhd göstərir və s. Qoy Emin Milli və digələri gedib orada müzakirə aparsınlar. Axı bununla onlar nəyə ola olacaqlar? Bu müzakirələr Azərbaycanın daxili, xarici siyasətinə heç bir təsir göstərmək gücündə olmayacaq. Çünki hər bir şey göz önündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə