Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklər

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri çərşənbə günü və cümə axşamı Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşəcəklər. SİA-nın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə