Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədi ilə xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayıb. SİA-nın məlumatına görə, ilk tədbir bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib. Görüşə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarında təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi cəlb olunub. Şagirdlər Akademiyada yaradılan şərait, tədris prosesi ilə əyani tanış olublar, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, SHXÇDX tərəfindən anoloji tədbirlər digər təhsil müəssisələrində də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB