"Peşəkar fəaliyyətinə görə Azərbaycanda heç kim təqib olunmur" XİN-dən cavab
"Peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı açıqlamasını şərh edərkən belə deyib.
Onun fikrincə, ABŞ-ın rəsmi qurumları Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarına münasibət bildirmək həvəsinə düşüb: "Görünür ki, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarını böyük diqqətlə izlənilir. Bu minvalla davam etdiyi təqdirdə, ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar.
İntiqam Əliyev vergidən yayınma və digər qanunazidd əməllərinə görə ittiham olunub və qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB