Türkiyə səfirindən dünyaya mesaj

Türkiyə səfirindən dünyaya mesaj

"Türkiyədə ən önəmli tarixlərdən biri 24 aprel Türkiyənin Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd etməsi olacaq". SİA-nın məlumatına görə, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.

Səfir 100 il əvvəl Çanaqqalada baş vermiş türklər üçün ölüm-qalım döyüşünü yad etdiklərini bildirib: "Bu elə bir an idi ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk əmanətindəki əsgərlərə ölməyi əmr etmişdi. Bu əmri yerinə yetirən türk əsgərləri də azərbaycanlı qardaşlarını hər an yanlarında, onlarla çiyin-çiyinə görüblər. 1918-ci ildə Azərbaycanda Qafqaz İslam ordusu ilə birlikdə burda olan Anadolulu əsgərləri kimi, Azərbaycanlı qardaşlarımız da bu məqsədlə mübarizədə onların yanında olmuş, onlarla birlikdə getdikləri bu yolda şəhidlik zirvəsinədək ucalmışlar. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin anılması münasibəti ilə bir çox önəmli tədbirlər keçirilir. Biz bununla dünyaya sülh mesajı vermək niyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə