Bu gün Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Rasim Sadıqovun rəhbərliyi ilə keçirilən prosesdə söz alan İntiqam Əliyev ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını dilə gətirib.
Çıxışdan sonra hakim bu gün hökm oxunacağını bildirərək 17:00-dək fasilə elan edib.
Qeyd edək ki, "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə üzrə təqsirli bilinir. Ötən proseslərdə dövlət ittihamçısı İ.Əliyevin təqsirli bilindiyi maddələr üzrə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
17:00-da məhkəmə prosesi davam edib. Hakim İntiqam Əliyevə hökm oxuyub və o 7 il 6 ay müddətinə həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB