Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Repsublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın təhsil naziri Şifera Şiquti ilə görüş keçirib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Efiopiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Eyni zamanda təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi vacibliyi qeyd edilib.
Görüşdə səfir Elman Abdullayev ölkəmizin təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldığını qeyd edib. Azərbaycanla Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dönəmindən bir çox Afrika ölkələrindən, o cümlədən Efiopiyadan çox saydatələbələrin Azərbaycan universitetlərindən məzun olduqları qeyd edilib.
Bununla yanaşı, səfir Azərbaycan Respublikası hökuməti tərəfindən göstərilən dəstək nəticəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.
Efiopiyanın Təhsil Naziri Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB