“Avropa Birliyi adını dəyişib, xristian birliyi qoysun” AÇIQLAMA
"Avropa Parlamentinin 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə "erməni soyqırımı" günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul etməsi Azərbaycan ictimaiyyətinin də ciddi narazılığına səbəb olub". Bunu SİA-ya BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavininin sözlərinə görə, bu faktın özü bir daha sübut etdi ki, beynəlxalq təşkilatların fəaliyyətində ikili standartlar hökm sürür: "Bunlar bütün dünyaya göstərdilər ki, əsas istiqamət beynəlxalq hüquq deyil, dini faktor, dini həmrəylikdir. Artıq demək olar ki, bu Avropa Birliyi deyil, Xristian birliyidir. Nə oldu bunların beynəlxalq dəyərlərinə? Hara getdi Avropa dəyərləri?! Bütün günü "insan hüqüqları"ndan danışırdılar. Bundan sonra türk xalqlarının bu təşkilatlara inamı və etimadı olacaqmı? Qətiyyən! Elə Avropa Birliyinin üzv olduğu ölkələrin gözü qarşısında erməni vəhşiləri Azərbaycanda Xocalı kimi soyqırımı törədiblər. Niyə səsiniz çıxmır? Niyə bir dəfə də olsun, hansısa bir bəyanat qəbul etməməsiniz? Həmin deputatlar Xocalıda törədilən vəhşiliyi öz gözləri ilə görüblər. Bir daha qeyd edirəm ki, bu təşkilat adını dəyişib, xristian birliyi qoysun!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB