Baş katib: “1915-ci il hadisələri tarixçilərin tədqiqat mövzusudur”

Baş katib: “1915-ci il hadisələri tarixçilərin tədqiqat mövzusudur”

"Beynəlxalq miqyaslı liderlər gərginlik yaradacaq şərhlərdən çəkinməlidirlər". SİA-nın məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Roma Papasının qondarma "erməni soyqırımı"na dair mövqeyinə münasibət bildirərkən deyib.

O hesab edir ki, keçmiş Osmanlı İmperiyası ərazisində baş verən 1915-ci il hadisələri tarixçilərin tədqiqat mövzusudur: "Tarixçilərin tədqiqat dairəsində olan məsələlər siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Siyasi məsələlərə hər bir siyasətçinin müxtəlif baxışları ola bilər. Ancaq, belə məsələləri tarixçilər tədqiq etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə