Milli Məclisdə Roma Papasının mövqeyi sərt tənqid olundu

Milli Məclisdə Roma Papasının mövqeyi sərt tənqid olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında Roma papasının qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi qəti etirazla qarşılanıb. SİA-nın məlumatına görə, çıxış edən millət vəkili Fəzail Ağamalı deyib ki, haqq, ədalətə söykənməyi özünə borc bilən dini lider haqqı, ədaləti kənara qoyub saxta soyqırımının yanında yer alır: "Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatı tamamilə uydurmadır. Roma Papası I Fransisk Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bir dəfə də olsun danışmayıb. O, bu məsələdə ədalətli olmalıdır. Mən bir Azərbaycan vətəndaşı olaraq Roma Papasının qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyini qəti şəkildə pisləyirəm və onu haqqın yanında olmağa çağırıram.

Millət vəkili Məlahət İbrahimqızı isə çıxışında deyib ki, 100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibtə bildirməməsi ən azı qınayıcıdır, təəssüf ediricidir.

Çıxış edən millət vəkili Sahib Alıyev isə papanın sülh arzusunu dilə gətirməsini inandırıcı hesab etmir:

Millət vəkili Zahid Oruc isə deyib ki, nə qədər ki, Türkiyə ilə düşmənçiliyi körükləyəcək qərarlar veriləcək, bu, ermənilərin xeyrinə olmayacaq: "Ermənilərin nefti və qazı olmasa da iki mühüm silahları var. Uydurublar ki, xristianlığın beşiyi oradır və soyqırımı silahından yararlanırlar. Ancaq, Katolik kilsəsinin rəhbərinin qərarı ermənilərə ən böyük zərbədir".

Millət vəkili Zeynəb Xanlarova isə daha sərt çıxışı ilə yadda qalıb: "Burada çox "papa-papa" deyirlər. Qırxı çıxmış papa haqqında danışmağa dəyməz. Onun ətrafındakılar bizim düşmənlərimizidir".

Spiker Oqtay Əsədov isə Vatikana səfərindən danışıb: "Məni Vatikanı gəzdirdikləri zaman orada erməni katalikosunun heykəlini gördüm. Onlar katalikosu özlərinin kardinalı sayırlar. Bu, onların siyasətidir. Ermənilərin güclü diasporası var. Təəssüf edirəm ki, Roma Papası düzgün olmayan fikirlər səsləndirib".

Bütün xəbərlər Facebook səhifəmizdə