Alpay Əhmədov: “Konkret heç bir söz söyləyə bilmərik” AÇIQLAMA

Alpay Əhmədov: “Konkret heç bir söz söyləyə bilmərik” AÇIQLAMA

"Ümumiyyətlə burada başlıca söhbət Azərbaycanın bir neçə ətraf rayonunun azad edilməsindən gedir. Azərbaycan bunun müqabilində Rusiyaya meyilli hansısa addım ata bilər. Təbii ki, bunların hər biri danışılır". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Ermənistanda keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, biz dəfələrlə görmüşük ki, Rusiyanın vasitəçiliyi ilə bu kimi görüşlər keçirilib: "Amma çox təəssüf ki, həmin görüşlərin heç bir nəticəsi olmayıb. Ona görə də mən düşünmürəm ki, indiki məqamda regionda gedən geosiyasi proseslər çərçivəsində hansısa uğurlu addımlar ola bilsin. Hesab edirəm ki, Ermənistanda keçiriləcək görüşdə formal xarakter daşıyacaq. Məlumdur ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqı və Gömrük ittifaqına cəlb etmək üçün hansısa şirnikləndirici təkliflər verə bilər. Amma biz yenə də təkliflərin detallarını tam bilmirik deyə, konkret heç bir söz söyləyə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə