Əhməd Oruc: ““Milli Şura” müxalifətin parçalanmasına xidmət edir” MÜNASİBƏT
"Mitinq keçirmək hər bir siyasi partiyanın konstutision haqqıdır. Amma baxır necə mitinq". Bu fikirləri SİA-ya Azadlıq Partiyasının sədri Əhməd Oruc "Milli Şura"nın aprelin 5-nə planlaşdırdığı mitinqinə münasibət bildirərkən deyib.
Partiya sədri qeyd edib ki, "Milli Şura"nın keçirdiyi bu cür mitinqlərlə nəyəsə nail olmaq mümkün deyil: "Çünki müxalifətin bir hissəsinin iştirakı ilə keçirilən mitinqlər müxalifətdaxili parçalanmadan başqa bir şey demək deyil. O cür aksiyalarla cəmiyyətdə onlara qarşı hansısa müsbət fikrin formalaşacağı inandırıcı səslənməz. Bütünlükdə isə parlament seçkilərinin yaxınlaşdığı bir zamanda ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının birləşməyə zəruri ehtiyacın olduğunu düşünürəm. Təəssüf ki, bu kimi qurumlar, bloklar daha çox müxalifətin birliyinə deyil, parçalanmasına xidmət edir".
Əhməd Oruc həmçinin parlament seçkilərinə 8 partiyanın birləşdiyi blok şəklində qatılmağı düşündüyünü deyib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB