Millət vəkili uşaqlarla görüşdü FOTOLAR

Millət vəkili uşaqlarla görüşdü FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın Tovuz rayonunun müxtəlif kəndlərində kitablarının təqdimatı, uşaqlar və gənclərlə görüşü olub. SİA-nın xəbərinə görə, təqdimat zamanı millət vəkili Qənirə Paşayeva kitab ətrafında söhbət aparıb və müəllifi olduğu "Məndən sonra …", "Səndən sonra …", "O…" , "Dünyanı dəyişən alimlər", "Hesab vaxtı" , "Aşk deyince ötesini arama …" və digər kitablarını uşaqlara hədiyyə edib.

Ölkəmizin daha da inkişaf etməsi üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olmasının əsas şərtlərdən biri olduğunu deyən millət vəkili Qənirə Paşayeva inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini deyib və bildirib.

Artıq çoxlu sayda kəndlərdə kitab ətrafında gənclərlə müzakirələr apardığını söyləyən millət vəkili öz kitablarını gənclərə təqdim etməkdən məmnun olduğunu vurğulayıb: "Rayonda kitab evləri və kitab dükanlarının açılmasına böyük ehtiyac var. Həmçinin rayonda və kəndlərdə ziyalılar, yazarlar və şairlərlə görüşlərin keçirilməsi, kitab təqdimatı və imzalanmalarının təşkil olunması bölgələrdə gənclər arasında kitab oxumağa meyilliyin artırılması istiqamətidə müsbət addım olardı. Mən bununla bağlı rayon rəhbərliyinə də Tovuz əsilli bir sıra iş adamlarına müraciət etmişəm. Rayonda ən azı 1-2 kitab evinin açılması çox önəmlidir və mən iş adamlarımızdan bir daha buna diqqət yetirmələrini xahiş edirəm. Oxumaq, öyrənmək ən böyük zənginlikdir".

Millət vəkili həmçinin Tovuzda bu istiqamətdə tədbirlərin artmasına dair əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirib və müəllifi olduğu kitablar barədə geniş məlumat verib: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik".

Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda müəllifi olduğu kitabları imzalayaraq görüşdə iştirak edən bütün uşaqlara, gənclərə hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə