Marqvelaşvili Moskvanın dəvətini rədd etdi

Marqvelaşvili Moskvanın dəvətini rədd etdi

Gürcüstanın prezidenti Georgi Marvelaşvili Böyük Vətən Müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı Moskvada keçiriləcək həbri paradda iştirak etməyəcək. SİA xəbər verir ki, bu barərə "novosti-qruziya" saytı məlumat yayıb.

"Gürcüstanın prezidenti mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etmək üçün dəvət alıb. Lakin bildiyim qədər o, həmin tədbirdə iştirak etməmək qərarını verib". Bu fikirləri isə ölkənin xarici işlər naziri Tamara Beruçaşvili deyib. Prezident administrasiyasından o da bildirilir ki, hazırda Gürcüstan-Rusiya arasında heç bir danışıqların aparılması gözlənilmir.

Qeyd edək ki, artıq Moskva paradına daha bir neçə ölkə rəhbərlərinin getməyəcəyi bəlli olub. Onlar Polşanın, Litvanın, Latviyanın və Estoniyanın prezidentləridir.

"Qızıl Meydan"da ABŞ prezidenti Barak Obama da olmayacaq. Almaniyanın kansleri Angela Merkel də Obama ilə eyni fikirdədir. O cümlədən, Fransanın, Yaponiyanın və cəbuni Koreyanın da liderləri Moskvaya gedib-getməyəcəklərini müəyyənləşdirməyiblər.

Lakin paradda iştirak edəcək bəzi dövlətlərin adları da məlum olub. Onlar Çin Xalq Respublikasının rəhbəri Si Tsinpin, Hindistanın, Cənubi Afrika Respublikasının, Vyetnamın, Monq olustanın, eləcə də Şimali Kopreya Demokratik Respublikasının lideləridirlər. Paradda Slovakiyanın Şexiyanın, Yunnanıstanın və Kimprin də dövlət rəhbərlərinin iştirakı bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə