Elşən Musayev: “Sarkisyanı nə erməni xalqı, nə də erməni diasporası bəyənmir”
"Ümumilikdə erməni soyqırımı iddiası bünövrədən saxta olduğu üçün növbəti mərhələlərdə bu məsələ ətrafında erməni tərəfində fikir ayrılıqlarının yaranması təsadüfi deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.
Onun sözlərinə görə, Serj Sarkisyanla erməni diasporası arasında yaranan fikir ayrılığı qarşılaşdığımız ilk hal deyil: "Erməni diasporası hər zaman Ermənistan dövlətindən daha aktiv fəaliyyət göstərib. Belə olan təqdirdə də diaspora nümayəndələri Serj Sarkisyanı fəaliyyətsizlikdə ittiham edirlər. Müəyyən vaxtdan sonra da bu ittihamlar minnət xarakterli atmacalara keçib. Ümumiyyətlə saxta idealogiya üzərində qurulan bütün göstərişlər tarix boyu hər zaman fiaskoya uğrayıb. Serj Sarkisyanı da nə erməni xalqı, nə də erməni diasporası bəyənir. Sarkisyana dayaq olan yeganə güc Rusiyadır. Amma son dövrlərdə Rusiya da artıq müəyyən dərəcədə Ermənistandan uzaqlaşmağa başlayıb və daha çox Türkiyə və Azərbaycanla yaxın münasibətlər qurur. Rusiyanın türk dövlətlərinə yaxınlaşması da Ermənistanda aqressiv durum yaradıbdır. Bütün hallarda ABŞ və Rusiyanın açıq bir şəkildə Ermənistana dəstək olmaması bu ölkə rəhbərliyi ilə erməni diasporası arasında fikir ayrılıqlarının yaranmasına gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB