Martın 3-7-də Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcək. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşlər zamanı Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkənin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB